Sumqayıtda ev yandı

Sumqayıt şəhərində 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, ümumi sahəsi 80 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 6 m sahədə və su qızdırıcısı qismən yanıb.

Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26