Sumqayıtda əcnəbi vətəndaşa məxsus çanta oğurlanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Sumqayıtda əcnəbi vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da əcnəbi vətəndaşa məxsus içərisində 100 manat pul, qızıl əşyalar, mobil telefon və eynək olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vladislav İsmayılov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər