Sumqayıtda dənizdə boğularaq ölən 51 yaşlı kişinin meyiti tapılıb

Bakı. 18 iyun. REPORT.AZ/ Xəzər dənizində boğularaq ölən şəxsin meyiti ailəsinə təhvil verilib.

"Report" xəbər verir ki, hadisə Novxanı çimərliyində baş verib.

1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlu Novxanı çimərliyində dənizə daxil olub. Lakin o dənizdən geri qayıtmayıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub .

3 gün aparılan axtarış nəticəsində onun meyiti bugün dənizin sahilə yaxın ərazində tapılıb. Meyit ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə yük avtomobili yanıb 25 aprel, 2026 / 13:01
Göyçayda marketdə yanğın olub 25 aprel, 2026 / 10:23