​Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb

Bakı. 1 iyun. REPORT.AZ/ Xəzərdə batmış şəxsin meyiti dənizdən çıxarılıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dənizin Sumqayıt şəhəri hissəsində batmış 1984-cü il təvəllüdlü Ağamalıyev Vasif Akif oğlunun axtarışları başa çatıb. Məlumata görə, o, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralı, nəzarətsiz ərazidə batıb. 

FHN-in dalğıc-xilasediciləri V.Ağamalıyevin cəsədini batdığı yerdən 100 metr aralıda taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47