Sumqayıtda çoxmərtəbəli binada yanğın baş verib

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə 17-ci mikrorayonda yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verib.

Məlumata görə, yanğın 2 otaqlı mənzildə başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Görülən tədbirlər sayəsində yanğın məhdudlaşdırılaraq söndürülüb.

Hadisənin səbəbləri və dəymiş ziyanın miqdarı araşdırılır.


Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48