Sumqayıtda binanın zirzəmisindən çürümüş meyit tapılıb

Sumqayıtda binanın zirzəmisindən çürümüş kişi meyiti tapılıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən binalardan birinin zirzəmisindən təxminən 45-50 yaşlarında kişi meyiti aşkarlanıb. Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41