Sumqayıtda binanın girişindən kişi meyiti tapılıb - YENİLƏNİB

Sumqayıt. 9 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində, 5-ci mikrorayon ərazisində tapılan meyitin kimə məxsus olduğu məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinə 5-ci mikrorayondakı binalardan birinin girişində meyit aşkarlanması barədə məlumat daxil olub. Polis hadisə yerinə baxış keçirib.

Araşdırma zamanı həmin şəxsin, 1974-cü il təvəllüdlü Bayramov Şahin Xanhüseyn oğlu olduğu müəyyən edilib. Onun narkotik maddənin təsirindən dünyasını dəyişdiyi ehtimal edilir.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdlrma aparılır.


*** 11:29

Sumqayıt. 9 fevral. REPORT.AZ/ Sumqayıtda binan girişindən meyit tapılıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonunda qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişinin ölüm səbəbləri araşdırlır. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər