Sumqayıtda binada yanğın zamanı 10 nəfər təxliyyə olunub

Sumqayıt. 2 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd məişət avadanlığı yanıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə binanın ikinci mərtəbəsində, 3 otaqlı mənzildə baş verib.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19