Sumqayıtda baş verən yol qəzasında ər və arvad yaralanıb

Sumqayıt şəhərində 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, şəhər ərazisində taksi fəaliyyəti göstərən "Opel" markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. 

Nəticədə 1975-ci il təvəllüdlü Həsənov Rafiq Saleh oğlu və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Həsənova Ruhiyyə Yaşar qızı xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29