Sumqayıtda avtomobillər toqquşub

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb.

Belə ki, 50-DZ-175 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil qarşıdan gələn 10-UT-117 dövlət nömrə nişanlı "Toyota Corolla" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54