Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Chevrolet Malibu" markalı avtomobil 1953-cü il təvəllüdlü Məmişov Elşad Fehruz oğlunu vurub. Nəticədə 73 yaşlı piyada aldığı xəsarətlərdən həyatını itirib.

Avtomobili 2000-ci il təvəllüdlü Müslümov Süleyman Nizami oğlu idarə edib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47