Sumqayıtda avtomobilin vurduğu qadın piyada ölüb

Bakı. 5 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobilin vurduğu qadın piyada ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində şəhər sakini Araz Kamilov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Ceyranbatan qəsəbə sakini Günel Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qəza ilə bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.  

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56