Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub

Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.

"Report" xəbər verir ki, 1973-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Cavanşirli Ehtiram Cavanşir oğlu idarə etdiyi "Toyota Prius markalı avtomobillə Quba-Bakı yolunun Sumqayıt şəhərindən keçən 33-34-cü kilometrliyində hərəkətdə olarkən piyada 1969-cu il təvəllüdlü Məmmədov Arif Hüseynqulu oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47