Sumqayıtda oğurluq hadisəsi olub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.
Belə ki, bina 67-nin qarşısında dayanan Mustafayev Kamil Arif oğluna məxsus “Mercedes” markalı avtomobilin arxa, sol qapısının şüşəsi naməlum şəxs (şəxslər-red) tərəfindən sındırılıb və nəqliyyat vasitəsindən oğurluq edilib. Hadisə barədə hüquq-mühafisə orqanlarına məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.