Sumqaytda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1961-ci il Nağıyeva Mətanət İmamverdi qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı yaxınlıqda olan insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.