Sumqayıtda avtomobil qəzaya uğrayıb

Sumqayıt şəhərində avtomobil qəzaya uğrayıb.

"Report"un xəbərinə görə, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yüksək sürətdə hərəkətdə olan "VAZ-21011" markalı nəqliyyat vasitəsi anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çarpılıb. Nəticədə ağac qırılıb və avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33