Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtın 13-cü mikrorayonunun Babək küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, avtomobil 1948-ci il təvəllüdlü Orucov Şirin Səfəralı oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27