Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt. 28 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, qəza zamanı şəhər sakini, 1962-ci il təvəllüdlü Elman Mehman oğlu Bayramov ağır bədən xəsarətləri alıb. Yaralı tibbi yardım maşını ilə xəstəxanaya çatdırlıb. Həkimlərinsəyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktl bağlı araşdırmalara başlanılıb. 


*** 09:21

Sumqayıt. 28 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini Vidadi Quliyev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər