Sumqayıtda avtomobil piyada qadını vurub

Sumqayıt. 5 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində 37 yaşlı qadını maşın vurub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 6-cı mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Quliyeva Səadət Şahbaz qızı yaşadığı ərazidə yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Qadın xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36
Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31