Sumqayıtda avtomat silah və sursatlar aşkarlanıb

Sumqayıtda avtomat silah və sursatlar aşkarlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, şəhərin 15-ci məhəllə ərazisində aparılan baxış zamanı 1 ədəd “Kalaşnikov RPK-74” markalı avtomat silahı, həmin silaha aid 1 ədəd daraq, 40 ədəd 7,62 mm-lik patron və 30 ədəd 5,45 mm-lik patron aşkar edilib.

Silah və sursat aidiyyəti üzrə müvafiq qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda yük maşını aşıb 17 avqust, 2026 / 10:20