Sumqayıtda ağır qəzada üç nəfər yaralanıb

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Kia” və “AzSamand” markalı avtomobillər toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna məlumat verilib ki, 25 iyul 2025-ci il tarixində 3 kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45