Sumqayıtda 7 yaşlı uşaq karuseldən yıxılaraq ağır xəsarət alıb

Sumqayıt. 7 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində 7 yaşlı uşaq karuseldən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 45-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü Ramal Cavid oğlu Rzalı yaşadığı ərazinin yaxınlığındakı karuseldən yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47