Sumqayıtda 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb

Sumqayıt şəhərində 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb.

"Report"un yerli burosu xəbər verir ki, 2005-ci il təvəllüdlü Adil Kərimov iyulun 13-də saat 23:00 radələrində yaşadığı evdən çıxaraq Sumqayıt Bulvarı istiqamətinə yollanıb. Həmin vaxtdan etibarən ondan xəbər almaq mümkün olmayıb.

Aparılan axtarış tədbirləri nəticəsində Adil Kərimovun meyiti dənizdə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47