Sumqayıtda 62 yaşlı kişi döyülüb

Sumqayıtda yaşlı kişi döyulərək ağır xəsarət alıb

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayonunda baş verib

Belə ki, 1958-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Qurbanov Elman Abbas oğlu yaşadığı 2 mikrorayonunda tanışları tərəfindən döyülüb. Ağır xəsarətlər alan yaşlı kişi xəstəxanaya çatdırılıb. E.Qurbanov xəstəxananın Neyrocərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27