Sumqayıtda 60 yaşlı kişini elektrik cərəyanı vurub

Sumqayıt. 19 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 60 yaşlı kişini elektrik cərəyanı vurub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Tarverdi Sadiq oğlu Əliyev yaşadığı evdə elektrik işi görən zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Nəticədə ağır xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər