Sumqayıtda 6 ay əvvəl qadının çantasından oğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində mart ayında qadının çantasından oğurluq edən keçmiş məhkum saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 12-də bir qadının çantasından 82 manat və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş O.Məlikov saxlanılıb.

Digər xəbərlər