Sumqayıtda 53 yaşlı qadının meyiti tapılıb

Sumqayıt şəhərində mənzildən qadın meyiti tapılıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda yerləşən binalarının birinin mənzilində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Gülyaz Novruzovanın meyiti yaşadığı evində aşkarlanıb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57