Sumqayıtda 53 yaşlı kişi intihar edib

Sumqayıt. 18 dekabr. REPORT.AZ/ Sumqayıtda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan, 1964-cü il təvəllüdlü Qaraşov Vaqif Aydın oğlu evində özünü asaraq intihar edib.

Fakla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41