Sumqayıtda 50 yaşlı kişini avtomobil vurub

Sumqayıt. 11 may. REPORT.AZ/ Sumqayıt şəhərində 50 yaşlı kişini avtomobil vurub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 49-cu məhəllə adlanan ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Abbas Ağayar oğlu Əhmədov yaşadığı ərazidə yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47