Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölüb

Sumqayıt şəhərində dəm qazı zəhərlənməsi nəticəsində ölüm hadisəsi baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

1977-ci il təvəllüdlü Nəsirova Həqiqət İmran qızı yaşadığı evin hamam otağında ölü tapılıb. İlkin ehtimala görə, qadın dəm qazından zəhərlənib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19