Sumqayıtda 47 yaşlı kişi özünü asaraq intihar edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin "Yaşıl Dərə Bağlar" yaşayış massivində qeydə alınıb. 

Belə ki, həmin ərazidə yaşayan, 1970-ci il təvəllüdlü Hüseynov Arif Mustafa oğlu yarımçıq tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər