Sumqayıtda 45 yaşlı kişini maşın vurub

Sumqayıt. 29 iyul. REPORT.AZ/ Sumqayıtda 45 yaşlı kişini maşın vurub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə İnşaatçılar qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1973-cü il təvəllüdlü Rəhimov Xaliq Nəcib oğlu inşaatçılar qəsəbəsi ərazisində yolu keçərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Sürücü isə məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54