Sumqayıtda 44 yaşlı kişi itkin düşüb

Sumqayıt. 25 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində 44 yaşlı kişi itkin düşüb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhərin 7-8-12-ci məhəllə, ev 88, mənzil 17-də yaşayan,1973-cü il təvəllüdlü Seymur Vaqif oğlu Əzimov ötən gün səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

Yaxınları tərəfindən polisə məlumat verilib. Onun axtarışları istiqamətində Sumqayıt Şəhər Polis Şöbəsinin əməkdaşları tətəfindən axtarışlara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47