Sumqayıtda 37 yaşlı qadın özünü bıçaqlayıb

Sumqayıt. 4 may. REPORT.AZ/ Sumqayıt şəhərində 37 yaşlı qadın özünü bıçaqlayıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 26-cı məhəlləsində baş verib.

Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü N.H özünə bir neçə bıçaq zərbəsi vuraraq intihara cəhd edib.

Qadının psixoloji problemlərinin olduğu deyilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14