Sumqayıt şəhərində yo-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, 1984-cü il təvəllüdlü Vəliyev Seymur Möhtərəm oğlunu maşın vurub.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
*** 08:23
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan piyadanı yolu keçmək istəyərkən avtomobil vurub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Onun şəxsiyyətini müəyyən etmək hələlik mümükün olmayıb.