Sumqayıt. 4 oktyabr. REPORT.AZ/ Sumqayıtda intihar hadisəsi baş verib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 6-cı mikrorayon ərazisində baş verib.
Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü İsayeva Vüsalə Bəşir Qızı özünü yaşadığı 6-cı mikrayon, 35 saylı binanın damından ataraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
***
Şəxsin yaxınları məlumat verib ki, intihar etdiyi bildirilən qadın ehtiyyatsızlıqdan yıxılaraq ölüb. Məlumatda bildirilib ki, 34 yaşlı Vüsalə İsayeva yaşadığı evin pəncərəsinin şüşələrini silən zaman ehtiyyatsızlıq edib və yıxılaraq ölüb.