Sumqayıtda 34 yaşlı qadın döyülüb

Sumqayıtda 34 yaşlı qadın döyülüb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. 

Belə ki, 1985-ci il təvəllüdlü Hümbətova Aliyə Voroşil qızı ailə münaqişəsi zəminində döyülüb. Sol əlinin barmaqları sındırılan qadın xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39