Sumqayıtda 32 yaşlı kişi qətlə yetirilib

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Urfan Baxışov tanışı tərəfindən qətlə yetirilib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və digər detalları müəyyənləşdirilir.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01