Sumqayıtda 31 yaşlı şəxs qardaşlar tərəfindən bıçaqlanıb

Sumqayıt şəhərində 31 yaşlı şəxs qardaşlar tərəfindən bıçaqlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayev Elməddin Şiralı oğlu aralarında baş vermiş münaqişə zəminində Yardımlı rayon sakinləri, 1993-cü il təvəllüdlü Rəsulov Xəyyam Qılman oğlu və 1998-ci il təvəllüdlü Rəsulov İsrail Qılman oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər