Sumqayıtda 3 yaşlı uşaq ağır xəsarət alıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 21-ci məhəllədə baş verib.
2016-cı il təvəllüdlü Mirə Cəlilova yaşadığı evdə yıxılıb. Nəticədə azyaşlının başı yazı masasına dəyib və o, ağır xəsarət alıb.
Azyaşlı Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.