Sumqayıtda 27 yaşlı gənc özünü dənizə ataraq intihar edib - YENİLƏNİB

Sumqayıt şəhərində özünü yaşadığı evdə kəndirlə asaraq intihar edən gəncin şəxsiyyəti məlum olub.

"Report"ujn yerli bürosu xəbər verir ki, bu, şəhər sakini, 1992-ci il təvəllüdlü Vəliyev Siyavuş Abdul oğludur.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 11:02

Sumqayıtda gənc oğlan intihar edib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan şəhər sakini özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Digər xəbərlər