Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə “Ceyranabatan bağları” yaşayış massivində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Bayramov Samir Sadiq oğlu münaqişə zəminində bıçaqlanıb.

Ona xəsarət yetirməkdə qohumu, 1977-ci il təvəllüdlü Əliyev Nazim Əliş oğlu şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45