Sumqayıtda 21 yaşlı qız 2-ci mərtəbədən yerə yıxılıb

Sumqayıt. 9 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1997-ci il təvəllüdlü Familzadə Gülnar Elşad qızı yaşadığı Sumqayıt şəhərinin 26-cı məhəlləsində yerləşən Energetika sanatoriyasının 2-ci mərtəbəsindən yıxılıb.

Hadisəyə ehtiyatsızlıq səbəb olub. Yerə düşən 21 yaşlı qız dərhal xəsətəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47