Sumqayıtda 16 yaşlı oğlan dənizdə boğulub

Sumqayıt. 17 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində 16 yaşlı oğlan dənizdə boğulub.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü İlkin İmran oğlu Məmmədov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47