Sumqayıt və Bərdədə silah-sursat götürülüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Sumqayıt və Bərdədə silah-sursat götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən oktyabrın 24-də Sahil küçəsində 21 ədəd müxtəlif çaplı patron və 1 ədəd süngü bıçaq tapılıb.

Bundan başqa, Bərdə rayon Polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyricə kənd sakini Ramiz Zeynalovdan “TOZ-8” markalı tüfəng və 7 ədəd patron götürülüb.

Digər xəbərlər