Sumqayıt şəhərində II kurs tələbəsini maşın vurub

Sumqayıt. 26 mart. REPORT.AZ/ Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, şəhərin 76-cı məhəlləsində yaşayan 2001-ci il təvəllüdlü Əsədov Elmir Əmirxan oğlu Sülh küçəsində yolu keçmək istəyərkən qarşıdan sürətlə gələn avtomobil tərəfindən vurulub.

O, dərhal xəstəxanaya çatdırılıb. Hazırda yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

E.Əsədov Bakı şəhər Rabitə və Nəqliyyat Kollecinin ikinci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48