Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini itkin düşüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Corat qəsəbəsində baş verib.

Belə ki, Corat qəsəbəsi, ev 542 ünvanında yaşayan Mürsəlov Hacıbala Hacıbaba oğlu ötən gün saat 12:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

O, evdən çıxarkən əynində idman tipli şalvar, qara rəngdə gödəkcə, başında papaq və ayağında qəhvəyi ayaqqabı olub. Bu şəxsi görənlərdən Sumqayıt şəhər 1 saylı polis bölməsinə müraciət etmələri və ya 055-243-05-45 , 077-720-16-66 telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54