Qubada iki nəfər yol-nəqliyyat hadisəsində xəsarət alıb

Qubanın Qam-Qam kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çarpılması nəticəsində qeydə alınıb.

Xəsarət alanlar - Sumqayıt şəhər sakinləri, sürücü 1980-ci il təvəllüdlü Elşən Məcid oğlu Ramazanov və sərnişini, 1994-cü il təvəllüdlü Lütfiyyə Məmməd qızı Ramazanova Quba Rayon Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34