Sumqayıt sakininin yaşadığı evdə meyiti tapılıb

Sumqayıtda yaşdığı evdən meyiti tapılan şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1951-ci il təvəllüdlü Mirziddinov Tofiq İsgəndəroviçin meyiti qonşular tərəfindən aşkar edilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanalrının əməkdalarına məlumat verilib. 

Şəxsin bir müddətdir tək yaşadığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

***13:23


Sumqayıt şəhərində yşlı kişinin evdə meyiti tapılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin H.Z.tağıyev qəsəbəsində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kişinin meyiti yaşadığı evdə qonşuları tərəfindən aşkar edilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. hələlik şəxsiyyəti məlum olmayan kişinin meyiti morqa yerləşdirilib.

Digər xəbərlər