Sumqayıt sakininin evindən sənədləri olmayan tüfənglər aşkarlanıb

Bakı. 19 may. REPORT.AZ/ Sumqayıt şəhər sakininin evindən sənədləri olmayan tüfənglər aşkar edilərək götürülüb.

“Report” xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.  

Nazirlikdən bildirilib ki, əldə edilən məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Adil Heydərovun evinə baxış zamanı müvafiq sənədləri olmayan "Belka" və "İJ-K-16" markalı tüfənglər aşkar edilərək götürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47